Vergi Məsləhətləri


Bizim ixtisaslı əməkdaşlarımız vergilərə dair müxtlif sahələri əhatə edən məsləhət xidmətləri təklif edirlər. Bu, aşağıdakıları əhatə edir:
Biznes qurumları üçün optimallaşdırılmış vergi strukturunun qurulması üzrə:
Müəssisələrin hüquqi strukturunun optimal quruluşu üzrə məsləhətlər;
Müəssisələrin və fiziki şəxslərin ilkin qeydiyyatı;
ƏDV qeydiyyatı üzrə məsləhətlər, ƏDV qeydiyyatına müraciət və qeydiyyata alınma;
Beynəlxalq vergiqoyma prinsiplərinin tətbiqi sahəsində məsləhətlər:   
İkiqat vergiqoymanın aradan qaldırılması prinsiplərinin tətbiqi sahəsində yardımlar;   
Bu sahədə müraciətlərin hazırlanması, müvafiq azadolmanın əldə edilməsi və ya digər ölkədə azadolmaya əsas verən sənədlərin toplanması;
Kiçik sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin idarə edilməsi:    
Gəlirlərin və xərclərin uçotunun qurulmasına dair məsləhətlərin verilməsi;   
Nağdsız hesablaşmaların qurulması;
Biznes layihələrin vergi modelinin qurulması:
Layihələrin vergi öhdəliklərinin analizi və biznes modelə tətbiqi;   
Vergi orqanları ilə vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsinə dair sənədin hazırlanmasına yardım;
Xüsusi vergi rejimli şirkətlərin biznes modeli üzrə təkliflər:   
Xarici əməkdakdaşların rezidentliyinin müəyyən edilməsi sahəsində;   
ƏDV-dən azad olma haqqında sertifikat üçün müraciətin hazırlanması, sertifikatın alınması;   
İdxal-ixrac rüsumlarından azad olunması haqqında sertifikatın alınmasına yardım;

...
Baku Business Solutions, MMC
11, 6-cı Böyük Qala
3-cü mərtəbə, AZ1010
İçərişəhər, Bakı, Azərbaycan

Tel: (+994 12) 497 8705
Tel/Fax: (+994 12) 497 4362