Əmək Hüququ və Miqrasiya Xidmətləri


“Baku Business Solutions” MMC əmək hüququ üzrə aşağıda göstərilən xidmətləri təklif edir:
  • Əmək müqaviləsinin tərtibi və onun elektron qeydiyyatdan keçirilməsi;
  • Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
  • Əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
  • Əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
  • Müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi;
  • Əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
  • Işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
  • Fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
  • Işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
  • Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
  • Əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli:
  • Kadr kargüzarlığının aparılması.

“Baku Business Solutions” MMC aşağıda göstərilən miqrasiya xidmətlərini təklif edir:
  • Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) müddətlərinin uzadılması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin (fərdi icazələrinin) alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin (fərdi icazələrinin) müdətlərinin uzadılması;
  • Azərbaycan Respublikasına gələn Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə (MOM) müvəqqəti olma müddətlərinin uzadılması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin (vəsiqəsinin) alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək müqavilələrinin tərtib edilməsi və elektron qeydiyyatdan keçirilməsi.

...
Baku Business Solutions, MMC
11, 6-cı Böyük Qala
3-cü mərtəbə, AZ1010
İçərişəhər, Bakı, Azərbaycan

Tel: (+994 12) 497 8705
Tel/Fax: (+994 12) 497 4362