Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara alır:



Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583;
2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə
249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671;
2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə
61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026;
2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, №
12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə
506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115;
2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12,
maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12,
maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, №
7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015,
№ 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3,
maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7,
maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12,
maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146; Azərbaycan
Respublikasının 2017-ci il 7 aprel tarixli 564-VQD nömrəli, 14 aprel
tarixli 618-VQD nömrəli, 25 aprel tarixli 640-VQD və 645-VQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər edilsin:



1. 176.2-ci maddədə “(ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi
hesab-fakturası istisna olmaqla)” sözləri “(əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki
şəxslərə ƏDV-nin qaytarılması şərtilə təqdim edilən elektron vergi
hesab-fakturası istisna olmaqla )” sözləri ilə əvəz edilsin.



2. Aşağıdakı məzmunda 176.2-2-ci maddə əlavə edilsin:



“176.2-2. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.



 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 13 iyun 2017-ci il.



...