“Baku Business Solutions” MMC korporativ hüquq üzrə aşağıda göstərilən xidmətləri təklif edir:
- Hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
- Təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
- Nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi;
- Hüquqi şəxsin yenidən təşkili;
- Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması;
- Müəssisə və təşkilatların nizamnamələrinin (əsasnamələrin) hazırlanması;
- Struktur bölmələrin əsasnamələrinin hazırlanması;
- Vəzifə təlimatlarının hazırlanması və ekspertizası.