Obyektlərin dövlət ehtiyacları üçün qiymətləndirilməsi

Dövlət ehtiyacları üçün qiymətləndirmə xidmətlərin tez-tez tələb olunan istiqaməti olub, tələblər və qiymətləndirmənin həyata keçirilməsi metodologiyası baxımından spesifikliyə malikdir. Dövlət öz mülkiyyətində olan xeyli sayda obyektə malikdir və daşınmaz əmlak bazarında aparıcı yerlərdən birini tutur. Obyektlərin tərkibi müxtəlifdir. Daxili binaların, binaların, torpaq sahələrinin və s. icarəsi və satın alınması üzrə əqdlər həyata keçirilir.

İnvestorlara investisiya şərtləri ilə verilən obyektlər ayrıca fərqləndirilməlidir, bu, bütövlükdə regionların investisiya iqlimini yaxşılaşdırır.Belə işlərin həyata keçirilməsi bazarın hər bir seqmentinin yüksək səviyyəsində qanunlara, standartlara, yüksək peşəkarlığa və biliyə ciddi surətdə riayət olunmasını tələb edir. Bu halda vəzifəmiz belə əqdlərin reallaşdırılması üçün dövlət və Sifarişçi (investor) arasında əlaqələndirici həlqə olmaqdan ibarətdir.      

Qiymətləndirmənin həyata keçirilməsinin əsas məqsədləri aşağıkalardır: 

  1.     daxili binaların, binaların, torpaq sahələrinin, daşınar əmlakın alqı-satqısı;
  2.     daxili binalar, binalar, torpaq sahələri üzərində icarə müqavilələrinin bağlanması;
  3.     investisiya şərtləri ilə obyektlərin (binaların, torpaq sahələrinin) verilməsi;
  4.     balansa keçirmə;
  5.     dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödənişlərinin həyata keçirilməsi.

Baku Business Solutions Azərbaycanda mülkiyyət hüququ əsasında bələdiyyə qurumlarına, regionlara mənsub əmlakın qiymətləndirilməsi və dövlət mınafelərini təmsil edən ekspert orqanlarının müsbət rəyinin alınması üzrə işlərin həyata keçirilməsi sahəsində böyük təcrübəyə malikdir.

Xidmətlər