Qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsi

Son vaxtlar qiymətləndirmə xidmətləri bazarında qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsinə  həm ayrıca xidmət növü, həm də biznesin qiymətləndirilməsinin tərkib hissəsi kimi daha böyük tələb yaranır.  

Şirkətin dəyəri üçün qeyri-maddi aktivlərin əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Bu qiymətləndirmə növü əvvlki tək qiymətləndirmə fəaliyyətinin ən mürəkkəb istiqamətlərindən biri olaraq qalmaqdadır.

Dünya meylləri qeyri-maddi aktivlərin şirkətlərin dəyərinə təsirinin artdığını göstərir, onlar böyük şirkətlərin aktivlərinin əsas növünə çevrilmişdir.  

Artıq şirkətlərin dəyəri yalnız mühasibat balansı, yaxud əsas vəsaitlər üzrə qiymətləndirilmir, səhmlərin qiymətləri habelə patent hüquqları obyektləri. əmtəə nişanları, müəlliflik hüquqları və s. daxil olmaqla, bütün qeyri-maddi aktivlərin əhəmiyyətini və dəyərini əks etdirir.  

Vençur şirkətləri də qiymətləndirmənin ənənəvi şirkətlərdən xeyli fərqlənən xüsusi obyektləridir. Belə şirkətlərin əsas təyinatı bazara qeyri-maddi aktivlərdən istifadə ilə bağlı məhsulların, yaxud xidmətlərin çıxarılmasıdır. Bununla əlaqədar həmin şirkətlərin qiymətləndirilməsi ənənəvi biznesin qiymətləndirilməsindən daha çox qeyri-maddi aktivlərin qiymətləndirilməsinə yaxındır.

Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin nəticəsi intellektual əməyin nəticələri – elmi-texniki araşdırmalar, proqram məhsulları, əmtəə nişanları, əsərlər üzərində hüquqların dəyərinin müəyyənləşdirilməsidir. Hər bir obyektə fərdi yanaşma zəruridir, bu da vahid hesablama metodikasından istifadə olunmasını istisna edir. 

Qeyri-maddi aktivlərin qiymətləndirilməsi böyük müəssisələr üçün məhz onların dəyəri şirkətin ümumi kapitallaşmasına ciddi töhfə verdikdə və müəssisənin bazardakı vəziyyətini möhkəmləndirməyə imkan verdikdə əhəmiyyətlidir.

Baku Business Solutions müvafiq xidmətlər bazarında özünü uğurla göstərmişdir və tərəfdaşlarımıza qeyri-maddi aktivlərin dəyərinin müəyyənləşdirilməsinə keyfiyyətli yanaşma təklif edir.    

Qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsinin əsas məqsədləri aşağıdakılardır:   

  1.     qeyri-maddi aktivlərin alqı-satqı əqdinin həyata keçirilməsi;
  2.     qeyri-maddi aktivlərin müəssisənin nizamnamə kapitalına daxil edilməsi;
  3.     reallaşdırılması nəzərdə tutulan investisiya layihələrində qeyri-maddi aktivlərin payının müəyyənləşdirilməsi;
  4.     biznes-planın işlənib hazırlanması və qeyri-maddi aktivlərdən istifadənin iqtisadi səmərəsinin müəyyənləşdirilməsi;
  5.     predmeti qeyri-maddi aktivlər olan lisenziya müqaviləsinin qiymətinin müəyyənləşdirilməsi;
  6.     qeyri-maddi aktivlərin müəssisənin balansına keçirilməsı;
  7.     qeyri-maddi aktivlərə sahib müəssisədən vergi tutulmasının optimallaşdırılması;
  8.     tərəfdaşların investisiya motivləşməsi və biznesə əlavə investisiyaların cəlb edilməsi;
  9.     biznesin dəyərinin idarə edilməsi üçün qeyri-maddi aktivlərə sahib müəssisənin ümumi dəyərinin qiymətləndirilməsi;
  10.     qeyri-maddi aktivlərin sahibinin idarəetmə və investisiya qərarıları qəbul etməsi;
  11.     qeyri-maddi aktivlərə sahib müəssisənin birləşməsi, yaxud udulması;
  12.     qeyri-maddi aktivlərə sahib müəssisənin alınması, satılması, yaxud yenidən strukturlaşdırılması;
  13.     kredit alınarkən qeyri-maddi aktivlərin girov qoyulması;
  14.     qeyri-maddi aktivlərin sahibinin müstəsna hüquqlarının pozulmasının yetirdiyi zərərin həcminin müyyənləşdirilməsi.

Xidmətlər