Bankda girov qoyulması məqsədilə qiymətləndirmə

Girov məqsədilə qiymətləndirmə, qiymətləndirmə sahəsinin ayrıca bölməsi olub, müxtəlif bank strukturlarının qiymətləndirmə haqqında hesabatlara irəli sürdükləri spesifik tələb, tövsiyyə və metodologiyaların özünəməxsus məcmusuna malikdir.  Bizim vəzifəmiz Sifarişçi ilə operativ, həmahəng iş, qiymətləndirilən obyektlərin xüsusiyyətlərinin aşkar edilməsi, girov kütləsinin formalaşdırılmasına dair tövsiyyələrin verilməsi, nəticələrin razılaşdırılması və bank əməkdaşlarından müsbət rəy alınmasıdır.    

Ən böyük banklarla iş sahəsində toplanmış təcrübə Sifarişçi üçün məqbul müddətdə bankların bütün tələblərinə riayət olunmaqla keyfiyyətli hesabatların yerinə yetirilməsinə təkan verir.

Bizim fəaliyyət sahəmiz daşınmaz əmlakın müxtəlif seqmentlərinin qiymətləndirilməsidir:

  1.     yaşayış təyinatlı daşınmaz əmlak (mənzillər, şəhərkənarı daşınmaz əmlak);
  2.     kiçik biznes obyektləri (daxili binalar, kiçik sahəli torpaq sahələri);
  3.     kommersiya təyinatlı daşınmaz əmlak (TƏK, biznes mərkəzləri, istehsal müəssisələri, mehmanxana kompleksləri və s.);
  4.     əmlak kompleksləri (aqrar-sənaye və ağac emalı kompleksləri, əczaçılıq müəssisələri, liman obyektləri, gömrük terminalları və s.);
  5.     ixtisaslaşdırılmış obyektlər (qazanxanalar, körpülər, göllər və s.);
  6.     bankların problemli aktivləri, girov qoyulmuş əmlaka tələb hüquqları.

Xidmətlər