Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi

Əmlakın qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətində ən populyar istiqamətdir, bu qiymətləndirmə növü korporativ və dövlət idarəetməsinin bütün sahələrındə, habelə şəxsi həyatda tətbiq olunur.

Qiymətləndirmənin əsas məqsədləri aşağıdakılardır:

  1.     alqı-satqı əqdinin həyata keçirilməsi;
  2.     əmlakın müəssisənin balansına qoyulması;
  3.     müəssisədən vergi tutulmasının optimallaşdırıılması, əsas fondların yenidən qiymətləndirilməsi;
  4.     kredit alınarkən əmlakın girov qoyulması;
  5.     daşınmaz əmlakın kadastr qiymətləndirməsinin mübahisələndirilməsi;
  6.     investisiya şərtləri ilə əqdin həyata keçirilməsi;
  7.     əmlak sahibinin idarəetmə və investisiya qərarlarını qəbul etməsi;
  8.     energetika sahəsində investisiya kapitalının bazasının müəyyənləşdirilməsi;
  9.     əmlaka sahib müəssisənin birləşməsi, yaxud “udulması”;
  10.     əmlakın sığortası;
  11.     əmlaka görə icarə haqqının müəyyən edilməsi;
  12.     əmlak mübahisələrinin həlli;
  13.     vərəsəlik məsələlərinin tənzimlənməsi;
  14.     boşanma proseslərində əmlak bölgüsü məsələlərinin tənzimlənməsi;
  15.     əmlakın mülkiyyətçisinin, yaxud icarədarının hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsi;
  16.     əmlakın müsadirə olunması.

Bizim bu sahədə xidmətlərin tam spektrinin təqdim edilməsi sahəsində ciddi təcrübəmiz mövcuddur. Şirkətimizin yaranmasından bu günə qədər 15 mindən artıq bu növ iş yerinə yetirilmişdir. Obyektlərin coğrafiyası Azərbaycanın bütün ərazisini, yaxın və uzaq xarici ölkələri əhatə edir. 

Siz bizim Şirkətimizdə daşınar və daşınmaz əmlakın bütün növlərinin qiymətləndirilməsini sifariş verə bilərsiniz, o cümlədən: 

  1.     torpaq sahələrindən, binalardan, tikililərdən və avadanlıqlardan ibarət əmlak kompleksləri;
  2.     ərazilərin kompleks mənimsənilməsi üçün torpaq sahələri;
  3.     hər hansı kommersiya təyinatlı, o cümlədən investisiya layihələri, daxili binalar üçün binalar, torpaq sahələri ;
  4.     ixtisaslaşdırılmış daşınmaz əmlak;
  5.     avadanlıq və avtənəqliyyat vasitələri;
  6.     mənzillər və yaşayış evləri.

Xidmətlər