Bizim ixtisaslı əməkdaşlarımız vergilərə dair müxtlif sahələri əhatə edən məsləhət xidmətləri təklif edirlər. Bu, aşağıdakıları əhatə edir:
- Biznes qurumları üçün optimallaşdırılmış vergi strukturunun qurulması üzrə:
- Müəssisələrin hüquqi strukturunun optimal quruluşu üzrə məsləhətlər;
- Müəssisələrin və fiziki şəxslərin ilkin qeydiyyatı;
- ƏDV qeydiyyatı üzrə məsləhətlər, ƏDV qeydiyyatına müraciət və qeydiyyata alınma;
- Beynəlxalq vergiqoyma prinsiplərinin tətbiqi sahəsində məsləhətlər:
- İkiqat vergiqoymanın aradan qaldırılması prinsiplərinin tətbiqi sahəsində yardımlar;
- Bu sahədə müraciətlərin hazırlanması, müvafiq azadolmanın əldə edilməsi və ya digər ölkədə azadolmaya əsas verən sənədlərin toplanması;
- Kiçik sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin idarə edilməsi:
- Gəlirlərin və xərclərin uçotunun qurulmasına dair məsləhətlərin verilməsi;
- Nağdsız hesablaşmaların qurulması;
- Biznes layihələrin vergi modelinin qurulması:
- Layihələrin vergi öhdəliklərinin analizi və biznes modelə tətbiqi;
- Vergi orqanları ilə vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsinə dair sənədin hazırlanmasına yardım;
- Xüsusi vergi rejimli şirkətlərin biznes modeli üzrə təkliflər:
- Xarici əməkdakdaşların rezidentliyinin müəyyən edilməsi sahəsində;
- ƏDV-dən azad olma haqqında sertifikat üçün müraciətin hazırlanması, sertifikatın alınması;
- İdxal-ixrac rüsumlarından azad olunması haqqında sertifikatın alınmasına yardım;