Müxtəlif şirkətlərdə 7 il hüquqşünas kimi fəaliyyət göstərən Gülər, iddia ərizələri hazırlamaq və məhkəməyə göndərmək, pretenziya məktubları yazmaq, qətnamə, hökm, qərar və qərardadların layihəsinin hazırlamaq, hüquqi şəxslərin yaradılması, ləğvi və hüquqi şəxslərin reyestr məlumatlarına dəyişikliklərin edilməsi prosesində iştirak, sorğular yazmaq, apellyasiya və kassasiya şikayətləri yazmaq, müqavilələrin tərtibi, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması, etibarnamələrin hazırlanması, şirkət daxili bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin edilməsi, daxili normativ aktların hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması, dövlət orqanlarında, o cümlədən məhkəmə instansiyalarında təmsilçilik və s. üzrə dərin biliklərinə malikdir.