Ad
Eytibar Qarayev
Vəzifə
Managing Director
Təhsil
15 ildən artıq təcrübəsi olan Eytibar, kariyeriyasına vergi sahəsində başlamış, yerli və beynəlxalq şirkətlərdə  biznesin idarə edilməsi  və strateji inkişafı üçün töhfələr vermişdir.  Şirkətin inkişaf strategiyasını həyata keçirilməsində məsuliyyət daşıyan Eytibar Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibatlıq  və Audit üzrə bakalavr və həmçinin magistr dərəcəsini bitirmişdir.
Təcrübə
BBS Consulting komandasına qoşulmazdan öncə, Eytibar Vergilər Nazirliydə işləmiş müxtəlif konsaltinq şirkətlərində vergi praktikasının düzgün qurulmasına rəhbərlik etmişdir. Mühasibatlıq, vergi və hüquq sahəsində ixtisaslaşmış Eytibarın geniş təcrübəsindən həm yerli, həm də beynəlxalq şirkətlər faydalanaraq, şirkət strategiyasını uğurla inkişaf etdirmişlər.Təhlükəsizliyin, məsləhətçilərin, işgüzar qiymətləndirmələrin və lazımi səylərin araşdırılmasında və bir sıra sənayelərdə işləməklə məşğul olmaq;; ən əhəmiyyətli olduğu yerə real dəyər əlavə etməyə davam edir. O, çoxmillətli, regional və yerli ailə müəssisələrinə uyğunluq və tənzimləmə məsələləri, eləcə də çoxsaylı qiymətləndirmə təlimləri, lazımi səylərin hesabatları və texniki-iqtisadi əsaslandırma işləri daxil olmaqla geniş məsələlər üzrə tövsiyə etmişdir.
Ad
Gülər Ağayeva
Vəzifə
Hüquq Xidmətləri üzrə Rəhbər
Təhsil
Güləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Bakalavr və Magistr dərəcəsi üzrə bitirmişdir.
Təcrübə
Müxtəlif şirkətlərdə 7 il hüquqşünas kimi fəaliyyət göstərən  Gülər, iddia ərizələri hazırlamaq və məhkəməyə göndərmək, pretenziya məktubları yazmaq, qətnamə, hökm, qərar və qərardadların layihəsinin hazırlamaq, hüquqi şəxslərin yaradılması, ləğvi və hüquqi şəxslərin reyestr məlumatlarına dəyişikliklərin edilməsi prosesində iştirak, sorğular yazmaq, apellyasiya və kassasiya şikayətləri yazmaq, müqavilələrin tərtibi, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması, etibarnamələrin hazırlanması, şirkət daxili bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin edilməsi, daxili normativ aktların hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması, dövlət orqanlarında, o cümlədən məhkəmə instansiyalarında təmsilçilik və s. üzrə dərin biliklərinə malikdir.
Ad
Gülnarə Baxşıyeva
Vəzifə
Maliyyə Xidmətləri üzrə Direktor
Təhsil
İqtisadiyyat və İdarəetmə (Mühasibat uçotu və Vergi qanunvericiliyi)
Təcrübə
Mühasibatlıq və Maliyyə sahəsində dünya üzrə Böyük 6-lıq şirkətlərində çalışan  Gulnarə 2016-cı ildə BBS Consulting komandasına qoşulmuşdur.  Maliyyə hesabatları, əmək haqqı uçotu, mühasibat uçotu, biznes prosesinin təkmilləşdirilməsi və PSA protokollarında geniş təcrübəsi olan Gülnarə Vergi uçotunun Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun düzgün formada aparılması üzrə dərin biliklərinə malikdir